Naxçıvan, Masallı və Goranboyda ilk dəfə səs verəcək gənclər bir araya gəlib

OXUNUB: 308 Özəl SOSİAL
28 dekabr tarixindən etibarən başlayan səyyar görüşlərlə seçki könüllüləri Azərbaycanın bölgələrini qarış-qarış gəzməyə davam edir. Şirvan, Sabirabad,  Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə və Cəlilabadda təşkil edilən görüşlər növbəti dəfə Naxçıvan, Masallı və Goranboy şəhərlərində baş tutub. 
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilən səyyar görüşlərin əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ, seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə apararaq seçici fəallığının artmasına nail olmaqdır. 
Artıq yüzlərlə gənci əhatə etməyə müvəffəq olan səyyar görüşlər yaradılmış platformalarda gənclərin məlumatlılıq səviyyəsinin artması ilə yanaşı təşkil edilən əyləncəli oyunlarla, intellektual yarışlarla və musiqili çıxışlarla onların asudə vaxtının səmərəli təşkil edilməsinə də səbəb olub. 
Naxçıvan, Masallı və Goranboy gəncləri fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlərdə fəal şəkildə iştirak edərək müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. 
 








 
 

RƏYLƏR