Naxçıvanda faciə: 4 yaşlı oğlan öldü

OXUNUB: 615 HADİSƏ

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

 

  Kəngərli rayonunun Qıvraq qəsəbəsində "VAZ 2107" markalı avtomobil yola çıxmış 4 yaşlı oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilir ki, qəzaya azyaşlının nəzarətsiz qalması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır./lent

 

İcmal.Az

RƏYLƏR