Nazarbayev kiril əlifbasından latına keçid haqqında fərman imzaladı

OXUNUB: 872 DÜNYA

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dili əlifbasının kirildən latına keçidi haqqında fərman imzalayıb.

İcmal.Az Report-a istinadla xəbər verir ki, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Ölkə hökumətinə əlifbanın dəyişdirilməsi məsələləri üzrə xüsusi komissiyanın yaradılması tapşırığı verilib. Latın əlifbasına keçidin mərhələli şəkildə 2025-ci ilədək reallaşdırılması planlaşdırılır.

90-cı illərdə Azərbaycan, Türkmənistan, Özbəkistan və Moldova rəsmi səviyyədə kiril əlifbasından imtina edib.

İcmal.Az

RƏYLƏR