XVII Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edilən paralimpiyaçılar və onların məşqçilərinə orden və medallar təqdim edilib.
Bu haqda Milli Paralipmiya Komitəsi məlumat yayıb.
Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən paralimpiyaçılara və onların məşqçilərinə "Şöhrət”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli "Vətənə xidmətə görə”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli "Əmək” ordenləri, "Tərəqqi” medalları və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomları təqdim edilib.
Xatırladaq ki, Milli Paralimpiya komandamız Paris-2024 Yay Paralimpiya Oyunlarında ümumilikdə 11 medal, o cümlədən 4 qızıl, 2 gümüş, 5 bürünc medal qazanmaqla, ümumi medal sıralamasında 169 ölkə arasında 28-ci pillədə qərarlaşıb.