Nazirlik Bakıda tozun miqdarı ilə bağlı məlumat yaydı

OXUNUB: 550 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 20 aprel 2018-ci il tarixində, səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz dumanının miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.

Bu barədə İcmal.Az-a nazirliyin mətbuat xidmətindən bildirilib. 

Məlumata əsasən, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

İcmal.Az

RƏYLƏR