Nazirlikdən Azərbaycana Çin istehsallı dərmanların gətirilməsinə münasibət

OXUNUB: 1776 Səhiyyə SOSİAL

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Çindən gətirilən dərmanların keyfiyyəti ilə bağlı iradlara münasibət bildirib.

Nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqətlə yanaşılır.

O qeyd edib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzində dərman preparatlarının hər seriyası yoxlanılır: "Yalnız bundan sonra onların idxalına icazə verilir”.

"Dünyanın qəbul etdiyi qaydalar var ki, istehsalçı şirkət rəsmi şəkildə öz məhsulunu istər Çində, istərsə də başqa ölkələrdə istehal edə bilər. Ola bilsin ki, hansısa dərmanı daha ucuz işçi qüvvəsinə görə hətta avropanın aparıcı şirkətləri öz istellarını Çində və ya Cənubi Koreyada qura bilirlər. Bunun rəsmi lisenziyası varsa, onun azərbaycana idxalına icazə verilir. Hesab edirəm ki, xaricdən gətirilən dərmanlar sırf Çin istehsalı yox, sadəcə avropa ölkələrinin orada istehsal etdiyi dərmanlardır. Dünyanın əksər istehsalçıları çinin xammallından istifadə edirlər. Dünyada dərman xammalının əsas mənbəyi çində istehsal olunur”./report

 

İcmal.Az

RƏYLƏR