“Öndərin izi” layihəsinin final mərhələsi baş tutub

OXUNUB: 561 Özəl SOSİAL
Layihənin final mərhələsində Mərkəzi Aran iqtisadi rayonuna daxil olan rayonların hər birində keçirilmiş seçim turları zamanı ən yüksək nəticə əldə edən bir, Mingəçevir şəhərindən isə iki komanda təmsil olunub. Final mərhələsi Nə?, Harada?, Nə zaman? formatı üzrə 24 sual ətrafında bilik savaşı ilə başlayıb. Bu mərhələdə iştirak edən komandalar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onunla bağlı olan hadisələr haqqında öz biliklərini sınayıblar. Bu mərhələnin yekununa müvafiq olaraq ən yüksək nəticə əldə edən dörd komanda XƏMSƏ Milli İntellektual Oyunu üzrə mübarizəni davam etdiriblər. XƏMSƏnin nəticələrinə görə yarışın üçüncüsü Ağdaş rayonunu təmsil edən "White stone” komandası, ikincisi Zərdab rayonunu təmsil edən "Zərdabi” komandası olub. "Öndərin izi” kubokunun sahibi isə layihə çərçivəsində keçirilən yarışların ən güclüsü, Ucar rayonunu təmsil edən "Viktoriya” komandası olub. Layihənin ikincisi və üçüncüsü olmuş komandalar sertifikat və medallarla təltif olunublar. Kubokun sahibi olan Viktoriya komandası isə kubokla bərabər sertifikat, medal və hədiyyələrlə yola salınıb.
Layihənin fianl mərhələsi Mingəçevir Gənclər Evində baş tutub.
Layihənin məqsədi gənclər, xüsusilə də Mərkəzi Aran iqtisadi rayonuna daxil olan rayon və şəhərlərdə yaşayan, təhsil alan və fəaliyyət göstərən gənclər arasında Ulu Öndər irsinin təbliği, onun həyat və fəaliyyəti haqqında məlumatların aşılanması və bunun intellektual yarış əsasında həyata keçirilməsindən ibarətdir. Bu mənada layihə çərçivəsində keçirilən yarışların sualları Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti və ümumi dünya görüşünə həsr olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Mərkəzi Aran iqtisadi rayonunda həyata keçirilir.

RƏYLƏR