“Neftçala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinin təmin edilməsi” adlı layihəyə start verilib

OXUNUB: 288 Özəl SOSİAL
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.12.2023-ci il tarixindən etibarən həyata keçirilən "Neftçala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinin təmin edilməsi” adlı layihəyə start verib.

Layihənin əsas məqsədi – Neftçala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün intensiv şəkildə bacarıqların artırılması və onların məşğulluğunun təmin edilməsi və kiçik hədiyyələrin verilməsi vasitəsilə iqtisadi gücləndirilməsidir. 

Layihə Neftçala rayonunda peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənc qızlar təşkil edəcək və onların biznes sahəsində ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək. 

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 30 nəfər gənc qızlara "Biznes nədir?”, maliyyə savadlılığıa, biznes plan adlı təlimlər keçiriləcəkdir və layihə iştirakçılarına kiçik ləvazimatlar veriləcəkdir. 

 Layihə Neftçala  rayonunda peşə təhsili alan gənc qızların iştirakı ilə həyata keçiriləcək. 

RƏYLƏR