“Neftqaztikinti” trestinin rəhbəri ilə bağlı ciddi iddialar – 44 milyonluq büdcə vəsaiti TƏFTİŞ OLUNUR

OXUNUB: 0 HADİSƏ İQTİSADİYYAT
Saytımız "Neftqaztikinti” trestinin rəhbəri Qəğaməli Seyfullayevlə bağlı ilginc iddiaların yer aldığı məlumatlar əldə edib.

"Real Azərbaycan” xəbər verir ki, SOCAR-dakı mənbələrə istinadən yayılan məlumata görə, hazırda "yuxarıların” qərarı ilə "Neftqaztikinti” trestinin maliyyə fəaliyyəti ciddi şəkildə təftiş olunur.

Hələlik, qurumla bağlı araşdırmanın kənardan aparıldığını iddia edən mənbə bunları əlavə edib:

"Yaxın günlərdə Maliyyə Nazirliyi və Hesablama Palatasının ekspertlərinin də iştirakı ilə böyük araşdırmaya qərar verilə bilər. Burada söhbət 44 milyonluq büdcə vəsaitinin taleyindən gedir.

Məsələ təkcə "Neftqaztikinti” trestinin hazırkı rəhbəri Qəğaməli Seyfullayevlə bitmir, ondan əvvəlki dövrü də əhatə edir. Amma Qəğaməli Seyfullayevin dövrü də ciddi təftişə götürülüb.

Ola bilsin ki, bu prosesdə hətta həbslər də olsun. Bunu zamanla görəcəyik...”

Əlavə məlumatlarımız olacaq./RA

7NEWS.az

RƏYLƏR