7NEWS.az xəbər verir ki, Rusiyanın Kemerovo vilayətinin Tayqa şəhərində yolda gedən iki qadının üzərinə nəhəng Qar dənəciyi binanın damından düşüb. Uçqun kimi yağan qar kütləsi nəticəsində qadınlar yola atılıb. İki qadın ətrafdakıların köməkliyi ilə qardan çıxarılıb. Hadisə nəticəsində yüngül xəsarətlər aldığı bildirilən qadınlar təcili yardımla xəstəxanaya aparılıb. Kemerovo Rayon Prokurorluğu fevralın 24-də baş verən hadisə ilə bağlı araşdırmalara başlanıldığını, damın təmizlənməsinə laqeyd yanaşanların müəyyən ediləcəyini açıqlayıb.
7NEWS.az