Nepalda qəzaya uğrayan sərnişin təyyarəsinin bütün cəsədləri tapılıb

OXUNUB: 222 Özəl DÜNYA
Nepalda içərisində 72 nəfəri daşıyan sərnişin təyyarəsi Pokhara hava limanına enmək istəyərkən qəzaya uğradıqdan sonra axtarış-xilasetmə işləri nəticəsində cəsədlərin hamısı tapılıb.

7NEWS.az xəbər verir ki, Nepalın paytaxtı Katmandudan yerli vaxtla səhər saat 10.33-də havaya qalxan Yeti Hava Yollarına məxsus iki mühərrikli ATR 72 sərnişin təyyarəsinin Pokhara hava limanına enməyə cəhd edərkən qəzaya uğramasından sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb. Səlahiyyətlilər, xilasetmə işləri nəticəsində bu gün daha 2 cəsəd tapıldığını, ölənlərin sayının isə 72-yə yüksəldiyini bildirib. Qəzadan sonra baş nazir Puşpa Kamal Dahal ölkə boyu milli matəm elan edib. Everest də daxil olmaqla dünyanın 14 ən yüksək dağından 8-nin yerləşdiyi Nepalda 2000-ci ildən bəri baş verən təyyarə və vertolyot qəzalarında 350 nəfər ölüb.

7NEWS.az

RƏYLƏR