Nepalda təyyarə qəzası ilə bağlı milli matəm elan edilib

OXUNUB: 394 Özəl DÜNYA
Nepalda onlarla insanın ölümü ilə nəticələnən təyyarə qəzasından sonra baş nazir Puşpa Kamal Dahal sabah ölkə boyu milli matəm elan edib. 

7NEWS.az xəbər verir ki, Nepalda baş verən təyyarə qəzasında ölənlərin sayı 68-ə yüksələrkən, ölkədə matəm elan edilib. Baş nazir Puşpa Kamal Dahal açıqlamasında sabah ölkə daxilində milli matəm elan edildiyini açıqlayıb və hər kəsi bölgədəki xilasetmə işlərinə dəstək verməyə çağırıb. 

Səlahiyyətlilər bölgədə axtarış-xilasetmə işlərinin sabaha qədər dayandırıldığını bildirib. Baş nazir Dahaalın rəhbərlik etdiyi fövqəladə kabinet iclasından sonra açıqlama verən maliyyə naziri Bişnu Paudel hökumətin qəzanın səbəblərini araşdırmaq üçün bir komitə yaratdığını və komitənin 45 gün ərzində qəza ilə bağlı hesabat verməsinin gözlənildiyini bildirib. 

7NEWS.az

RƏYLƏR