Nəsimi rayonunda yerləşən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında müxtəlif növ yarışlar keçirilmişdir. Keçirilən yarışlara 2000-dən artıq gənc qatılmışdır. Rayonda keçirilən idman yarışlarına həm də məktəblilər qoşulmuşdur. 5000-dən artıq məktəbli müxtəlif növ yarışlarda iştirak etmişdir. Qalib komandalar rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır. Mükafatlandırma tədbiri Tibb Universitetinin akt zalında həyata keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Gənclər və idman sektorunun müdiri Yusif Babanlı, ATU-nun prorektoru Tağı Əhmədov, ATU-nun "Təbib” İdman Klubunun sədri Qələndər Aslanov və əməkdaşlar iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə ATU-nun "Təbib” İdman Klubunun sədri Qələndər Aslanov açmışdır. Daha sonra rayon İcra Hakimiyəti başçısının birinci müavini çıxış edərək bildirmişdir ki, dövlət başçısının 4 mart 2005-ci il tarixli sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin məhz həmin günündə Ümummilli lider Heydər Əliyevin İdman Fondunu təsis etməsi Azərbaycanda layiqli ənənələri olan bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Cənab İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Birinci vitse-prezident, Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə bədən tərbiyəsinin kütləviləşməsinə və idmanın inkişafına qayğısı da öz töhfələrini verir. Son illərdə Azərbaycanda əksər bölgələri də əhatə edən 50-dək yeni Olimpiya İdman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Digər çıxışçılar bildirdilər ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər bir bölgəsində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilmiş, tələbələr və gənclərlə xatirə şəkili çəkilmişdir. Məktəblilər arasında qalib komandalar müəyyən edildikdən sonra isə onlara kubok, medal və diplomlar verilmişdir.
Ana səhifə
/
Özəl / SOSİAL / Nəsimi rayonunda “5 mart Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
City Garden Narimanov-da təməldən mənzillər satışa çıxdı – 18 ayadək FAİZSİZ KREDİT!
22.10.2026, 10:10 / Özəl, SOSİAL -
Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib
19.10.2026, 13:11 / Özəl, SOSİAL -
Cəbrayıl şəhərində Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib
16.10.2026, 16:25 / Özəl, SOSİAL -
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib
16.10.2026, 11:58 / Özəl, SOSİAL -
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb
16.10.2026, 10:45 / Özəl, SOSİAL -
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək
15.10.2026, 17:00 / Özəl, SOSİAL -
Laosun Prezidenti “ASAN xidmət”də
14.10.2026, 12:35 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, SOSİAL Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
-
Özəl, SOSİAL Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?
























