Nəsimi rayonunda 8 noyabr “Zəfər Günü” münasibətilə tədbir keçirilib.

OXUNUB: 369 Özəl SOSİAL

Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində "Zəfər Günü” bayramının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, şəhid ailələri, qazilər, ali təhsil müəssisələrinin,  rayonun inzibati orqanlarının rəhbərləri, millət vəkilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Tədbirdən öncə iştirakçılar mərkəzin foyesində təşkil olunmuş rayon Yaradıcılıq mərkəzlərinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, sonra şəhid ailələri və qazilərlə süfrə arxasında görüş keçirilmişdir.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ordumuza daima yüksək səviyədə diqqət  və qayğı göstərilir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 
 Çıxışının sonunda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 13 şəhid ailəsinə müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırdı. Şəhid alələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra 8 noyabr Zəfər Gününə həsr olunmuş "Hündürlük 720” adlı filmə baxış keçirildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Sonra Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış "Zəfərlərin mübarək Ali Baş Komandanım!” adlı videoçarx nümayiş olundu.
Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanıldı..

RƏYLƏR