Nəsimi rayonunda “Abad həyət” sakinlərin istifadəsinə verilib

OXUNUB: 223 Özəl SOSİAL
Nəsimi rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibəti ilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində genişmiqyaslı abadlıq və quruculuq işləri uğurla davam etdirilr. 
Bakı şəhər İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq və yenidənqurma işləri sırasında 700 sakinin yaşadığı 1-ci mikrorayon Moskva prospekti 68, 72 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Layihəyə uyğun olaraq Moskva prospekti 68, 72 saylı binaların fasadları  və dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılmışdır. Binaların 8 ədəd giriş qapısı və pilləkən sahəsində 32 ədəd pəncərə dəyişdirilib. 
Görülmüş işlər çərçivəsində binanın həyətinə 1000 kv.m-ə yaxın asfalt, 700 kv.m-dən artıq tamet daşı vurulub, 600 kv.m qazon salınıb, 350 p.m yeni bardürlər qoyulub, 40 kub m-ə yaxın torpaq işləri görülüb, 200 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, tullantılar üçün kiçik  zibil qutuları qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlaşdırılan ərazidə mövcud yaşıllıqların bərpası işləri aparılaraq yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib, məhəllədə yeni yaşıllıq zolağı salınıb, 100 ədəd şam ağacı və 400 müxtəlif növ mövsümi gül kolları əkilib, 200 p/m suvarma xətti çəkilib. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Qeyd edirik ki, cari ilin əvvəlindən hər həftənin şənbə və bazar günləri rayon ərazisində müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni yaşıllıqlar salınır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir. 
Nəsimi rayonunda abadlıq-quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir.

RƏYLƏR