Nəsimi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

OXUNUB: 690 Özəl SOSİAL
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir. 
T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Nəsimi rayonunun orta məktəb şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. 
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər, valideyinləri və elmi rəhbərləri iştirak edirdilər. 
Tədbir iştirakçıları ilk öncə "Heydər Əliyev və Azərbaycan tarixi ” adlı mövzuya uyğun olaraq Ulu öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətini  yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etmək məqsədi ilə məktəblilərin "Azərbaycan Tunc dövründə”, "Azərbaycan  Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü”, "Atabəylər dövləti-Şəmsəddin Eldəniz” , "Azərbaycan Repressiya illərində , "Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu” mövzularına aid hazırladıqları sərgi və əl işləri ilə tanış olmuşlar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər. 
Nəsimi  RİH başçısının birinci müavini Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev İli”nə həsr olunmuş  "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu 27 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir. 
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğuladı ki, "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərə tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığını və  Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsini aşılamaqdır. 
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Daha sonra bədii hissə ilə davam edən tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əbədi-bədii kompazisiya ilə çıxış etdiər.
 Tədbirin sonunda xatirə şəkli çəkildi.

RƏYLƏR