Nəsimi rayonunda sentyabr ayında səyyar qəbullarda sakinlərin müraciətləri dinlənildi

OXUNUB: 419 Özəl SOSİAL

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Cari ilin sentyabr ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən rayon ərazisində səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Səyyar qəbullar 1 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə etmiş, keçirilən 2 səyyar qəbul və digər ərazilərdə görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 70-ə qədər müraciətlər dinlənilmişdir. Qaldırılan  məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, görüləcək işlər vətəndaşlara geniş izah edilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və zirzəmilərin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi,  istismar müddəti bitmiş binalarda kommunikasiya xətlərinin, o cümlədən kanalizasiya xətlərinin əsaslı təmirinə ehtiyac olması, iş ilə təmin, ağacların budanması və s. məsələlərlə bağlı olmuşdur. Qəbullarda  və görüşlərdə, xüsusilə 27 Sentyabr-Anım günü ərəfəsində şəhid ailələrinin nümayəndələrinin, Vətən müharibəsi əlillərinin, qazilərin, veteranların  çoxsaylı müraciətləri nəzarətə götürülərək həlli istiqamətində operativ tədbirlər görülmüşdür. 
Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.
Qəbullarda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın rifahı və tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

RƏYLƏR