Nəsimi rayonunda səyyar qəbullar davam edib

OXUNUB: 185 Özəl SOSİAL
2023-cü ilin sentyabr ayında Nəsimi rayonunda  səyyar qəbullar, sakinlərlə yerlərdə görüşlər davam edib


Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının cari ilin fevral ayında icrası istiqamətində tədbirlər davam etdirilmişdir.
Rayon ərazisində 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanlarda, o cümlədən mikrorayonlarda təsdiq olunmuş RİH başçısı Asif Əsgərov tərəfindən  səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 850-dən çox sakinin iştirakı ilə 70-dən artıq müraciət dinlənilmişdir. 
    Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin,  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı   aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. 
Qəbullar və görüşlər zamanı 2023-cü ilin "Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxçaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilmiş,  Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi,      44 Günlük Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsində işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq sahəsində, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, xüsusilə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısının alınmasına yönəldilmiş lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması qürurla qeyd edilmişdir. 
Sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək minnətdarlıq etmişlər. 
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün "Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu, bu sahədə fəallıq göstərilməsi sakinlərin diqqətinə çatdırılmışdır.

RƏYLƏR