Nəsimi rayonunda Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

OXUNUB: 327 Özəl SOSİAL
Nəsimi rayonunda 8 noyabr - Zəfər gününün 3-cü ildönümü olduqca əlamətdar bir dövrü əhatə edir. 2023-cü il Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edildiyi tarixi bir ildir. Rayonumuzda cari ilin keçən dövründə "Heydər Əliyev ili” çərçivəsində çoxşaxəli Tədbirlər planı həyata keçirilməkdədir. Bu əlamətdar ildə 8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən  silsilə tədbirlərin davamı olaraq Vaqif prospekti boyunca yaşıllıq zolaqlarında, M.Cəlal küçəsi boyunca parkda və Zəfər bağı ərazisində rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyinin, Vətən müharibəsi şəhid ailələri və qazilərinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. 
Aksiya zamanı 300-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar, 1000-dən çox müxtəlif növ gül kolları əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

RƏYLƏR