Netanyahu mübahisəli məhkəmə islahatını təxirə salıb

OXUNUB: 161 Özəl DÜNYA
İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində etirazlara səbəb olan mübahisəli məhkəmə islahatının ikinci və üçüncü oxunuşunun parlamentin növbəti iclasına təxirə salındığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, İsraildə mübahisəli məhkəmə islahatına qarşı çıxan müdafiə naziri Yoav Gallantı dünən işdən çıxaran baş nazir Benyamin Netanyahu ölkə daxilində baş verən etirazlardan sonra xalqa müraciət edib. İsrail cəmiyyətində artan gərginliyin fərqində olduğunu və bunların həll edilməsi lazım olduğunu ifadə edən Netanyahu, İsraili parçalayan ekstremist bir azlığın olduğunu bildirib. İsraili parçalamaq niyyətində olmadığını vurğulayan Netanyahu, İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyat qüvvələrində xidmət etməkdən imtina edənləri buna son qoymağa çağırıb.

7NEWS.az

RƏYLƏR