Netanyahunu İsraildə öldürmək istəyirdilər

OXUNUB: 517 DÜNYA

İsrail hüquq-mühafizə orqanları baş nazir Binyamin Netanyahuya qarşı sui-qəsd hazırlayan terrorçu dəstəni Şərqi Qüdsdə zərərsizləşdirib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "i24news” portalı məlumat yayıb. 

Netanyahu ilə yanaşı, Qüds meri Nir Barkata qarşıda sui-qəsd planlaşdırılıbmış.

Qeyd edilib ki, qruplaşma Suriya ərazisindən idarə edilir. Silahlı dəstənin tərkibinə "Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi” terror təşkilatının 3 üzvü daxil olub. 

İcmal.Az

RƏYLƏR