Nigeriya Nigerlə bütün sərhədlərini bağlayır

OXUNUB: 182 Özəl DÜNYA
Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Gömrük Xidmətinin (NCS) Baş Nəzarətçisi vəzifəsini icra edən Bəşir Adewale, çevriliş və inkişaf edən hadisələr səbəbiylə Nigeriyanın Niger ilə bütün sərhədlərini bağladığını bildirdi.

Adewale, bu qərarın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) növbəti bildirişə qədər yüklərin hərəkətini dayandırmaq direktivinə uyğun olduğunu söylədi.

7NEWS.az

RƏYLƏR