7NEWS.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami, ordunun son 3 həftədə Borno əyalətinin müxtəlif bölgələrində Boko Haram və ISWAP terror təşkilatlarına qarşı havadan və qurudan əməliyyatlar keçirdiyini bildirib. Danmadami əməliyyatlar zamanı 103 terrorçunun zərərsizləşdirildiyini, 22 terrorçunun isə ələ keçirildiyini qeyd edib. Əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 30 nəfərin xilas edildiyini bildirən Danmadami, 280 terrorçunun ailələri ilə birlikdə orduya təslim olduğu məlumatını paylaşıb. Son illərdə təşkil edilən əməliyyatlara baxmayaraq, təşkilat hələ də Nigeriyada ciddi təhlükəsizlik problemi yaradır. Nigeriyada 2009-cu ildən bəri Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həlak olub.
7NEWS.az