Nigeriyada Boko Haram əməliyyatı: 58 terrorçu məhv EDİLİB

OXUNUB: 227 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Musa Danmadami verdiyi açıqlamada ordunun son iki həftədə Borno əyalətində terror təşkilatı Boko Haram üzvlərinə qarşı əməliyyatlar keçirdiyini bildirib. Danmadami əməliyyatlarda 58 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralanaraq xilas olduğunu qeyd edib. Əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 66 nəfərin xilas edildiyini qeyd edən Danmadami 876 terrorçunun orduya təslim olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR