7NEWS.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami verdiyi açıqlamada ordunun Anambrada IPOB üzvlərinə qarşı əməliyyat keçirdiyini bildirib. Əməliyyatda 18 İPOB üzvünün zərərsizləşdirildiyini qeyd edən Danmadami, 20 terrorçunun ələ keçirildiyini, bəzi terrorçuların isə yaralanaraq xilas olduğunu bildirib. Danmadami əməliyyatlar zamanı terrorçulara aid 3 avtomobil, 2 əl qumbarası və mühüm sursatların da ələ keçirildiyi barədə məlumat paylaşıb.
7NEWS.az