Nigeriyada silahlılar köçkün düşərgəsinə hücum edib: 30 ölü

OXUNUB: 708 DÜNYA

 Nigeriyanın mərkəzi hissəsində köçkün düşərgəsinə silahlı hücum nəticəsində 30 dinc sakin həlak olub.

Bu barədə "Channel Television" xəbər verib.

Xəbərdə qeyd olunur ki, hadisə Plato ştatında, yerli məktəb binasında baş verib. İnsident zamanı təhlükəsizlik xidmətlərinin əməkdaşları da binada olub. Lakin onlar cinayətkarlara mane ola bilməyiblər.

Plato ştatının qubernatoru Simon Lalonq hücumla bağlı təhlükəsizlik xidmətləri rəhbərlərinin, həmçinin arasıkəsilməz hücumların və təhlükəsizlik problemlərinin mümkün həllinin müzakirəsi üçün digər hökumət məmurlarının iclasını

çağırıb.  /report

 

İcmal.Az

RƏYLƏR