Nigeriyada terror aktı: 11 mülki vətəndaş həyatını İTİRİB

OXUNUB: 363 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Milli mətbuatın məlumatına görə, Boko Haram üzvləri Borno əyalətinin Kavuri kəndində əkin sahəsində işləyən insanlara silahlı hücum edib. Hücum nəticəsində 11 mülki şəxs həlak olub, çoxlu sayda insan yaralanıb. Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

7NEWS.az

RƏYLƏR