Nigeriyada yanacaq tankeri yanıb

OXUNUB: 159 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Nigeriyanın cənubundakı Delta əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 20 nəfər həyatını itirib. Milli mətbuatda yer alan xəbərə görə, Delta əyalətinin Warri-Benin avtomobil yolunda benzin daşıyan tankerdə naməlum səbəbdən partlayış baş verib. Partlayış nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb, bəzi evlərə ziyan dəyib. Səlahiyyətlilər bölgəyə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırma başlandığını bildirib.

7NEWS.az

RƏYLƏR