7NEWS.az xəbər verir ki, Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada fevralın 25-26-da keçirilən prezident seçkilərində hakim partiyanın Bütün Proqressivlər Konqresinin (APC) namizədi, keçmiş Laqos qubernatoru Bola Əhməd Tinubu yeni prezident seçilib.
Müstəqil Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu Tinubunun 8 milyon 794 min 726 səs aldığını açıqlayıb.
Yakubu, Tinubunun ən böyük rəqibi olan ana müxalifət Xalqların Demokratik Partiyasının (PDP) namizədi Atiku Abubakarın 6 milyon 101 min 533 səs topladığını, İşçi Partiyasının (LP) namizədi Peter Obinin isə 6 milyon 984 min 520 səsdə qaldığını qeyd edib.
7NEWS.az