Nikaraquada leysanda ölənlərin sayı 7 nəfərə çatıb

OXUNUB: 809 DÜNYA

Nikaraquada güclü yağışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Bu barədə ölkənin vitse-prezidenti Rosario Murilo məlumat verib.

Daha öncə 5 nəfərin öldüyü, daha 2 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.

Güclü yağışlar Sakit okeanda yaranmış və Nikaraqua sahillərinə vurmuş "Selma" qasırğası səbəbilə yaranıb.

Hazırda qasırğanın Salvador istiqamətinə irəliləməsi bildirilir./trend

 

İcmal.Az

RƏYLƏR