Nikol Paşinyan Kərkini təhvil vermək barədə sənəd imzalayıb? – DETALLAR

OXUNUB: 76 GÜNDƏM SİYASƏT
"Bir neçə saat əvvəl Nikol Paşinyan Kərkini təhvil vermək barədə sənəd imzalayıb”.

Bunu "Telegram” kanalında erməni bloqqer Mika Badalyan yazıb.

Ermənistanın”Pastinfo” nəşri Ermənistanın müvafiq orqanlarından şərh almağa çalışıb. Ermənistan Xarici İşlər Nazirliyindən telefon zənglərinə cavab verməyiblər.

Daha sonra Ermənistan XİN ilə əlaqə saxlamaq mümkün olub, Ermənistan XİN-dən şərh verməkdən imtina ediblər və deyiblər ki, cəfəngiyatları şərh etmirlər.

Ermənistan Xarici İşlər nazirinin mətbuat katibi Vahan Paşinyanın bir sənədİ imzalamasına, bu sənədə əsasən, Kərkinin Azərbaycana təhvil verilməsinə dair mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatı "axmaqlıq” adlandırıb.

Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasının üzvü Hovik Ağazaryan bildirib ki, belə bir şey yoxdur.

"Mən öz tərəfimdən əmin şəkildə deyə bilərəm ki, bu, heç vaxt olmayacaq”, - deyə o qeyd edib./Ordu.az

RƏYLƏR