Nişan günü intihar edən qızın sevgilisi danışdı: TƏFƏRRÜAT - VİDEO

OXUNUB: 620 HADİSƏ
Qaxda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.

Hadisə rayonun Ağyazı kəndində qeydə alınıb. "Hadisə harada - Tahirə orada" verilişi həmin kənddə olub.

Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələ də məlum deyil.

Məlumata görə, S. Əbdürrəhmanovanın intihar etdiyi gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./big
 
İcmal.Az

RƏYLƏR