Niyazi Bayramov 10 tenderi bu şirkətə verib: Tam 66 milyon manat!

OXUNUB: 476 GÜNDƏM İQTİSADİYYAT
Son 2 ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən 10 tender müsabiqəsinin qalibi təsadüfə bax ki, bir şirkət olur: "Rövşən Oğuz Qrup" MMC. Şirkət son 2 ildə 66 milyonluq tenderin qalibi olub. Bu rəsmi olaraq satınalmalar saytında öz əksini tapıb.

Bu barədə ictimai fəal Həbib Müntəzir social şəbəkədə paylaşım edib.

O bildirib ki, tenderlərdən biri Gəncə Dövlət Dram Teatrının binasının tikintisi üçündür, hansı ki, 8 il əvvəl təməli qoyulub. Digəri isə Gəncədə İdman Sarayının tikintisi üçündür, hansı ki, 4 ildir təməli qoyulub:

"Bəs şirkət kimindir? "Əməkdar mühəndis” Hafiz Carı oğlu Mustafayevin adına qeydiyyatdan keçib. Hafiz Mustafayev həm də "Afra Qrup" şirkətinin sahibidir, Oğuzdakı "Afra” oteli də Hafiz müəllim işlədir, həmçinin tikinti, mebel və dizayn şirkəti, "Qalakənd MMC" adlı şirkəti var. Hafiz müəllimin Oğuz rayonunun 11 illik icra başçısı, eks-deputat Eyvaz Qurbanovla yaxın dost olduğu deyilir.

Eyvaz Qurbanov Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14 ünvanında yaşayır. "Təsadüfə bax”, Hafiz Mustafayev də Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 12 ünvanında yaşayır”./Bizimxeber.az

RƏYLƏR