Nizami İH-dən meşəliyin zəbtinə əndrəbadi reaksiya – Foto

OXUNUB: 419 GÜNDƏM İQTİSADİYYAT
Bakının Nizami rayonunda İH binasının düz 300 metrliyində yaşıllıqların hasarlanıb məhvinə hazırlıq görülməsini xəbər vermişik. Şərifli küçəsi 25 ünvanında böyük bir meşəlik mühasirəyə alınıb və ağacların kütləvi şəkildə kəsilməsi üçün hücum planı hazırlanıb.

Bunun bir ekoloji cinayət olduğunu bilən icra başçısı Coşqun Cəbrayılovun nədənsə kabinetindən 300 metr aralıda yaşıllığın qətliamını görmədiyini qeyd etmişdik. Belə nəticə çıxırdı ki, ya həmin yeri icra başçısı satıb, ya şəhər meri Eldar Əzizov ağacların qətlinə fərman verib.

Bu xəbərin yayılmasından Nizami Rayon İcra Hakimiyyəti əcaib şəkildə reaksiya verib. İH adından şərh bölümündə qeyd olunub ki, Nizami rayonu, Şərifli küçəsindəki 2524-cü məhəllədə hasara alınan torpaq sahəsi 2006, 2009 və 2010-cu illərdə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almış müxtəlif vətəndaşların şəxsi mülkiyyətində və istifadəsindədir:

"Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3 maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca çəkilən hasarlara icazə tələb olunmur”.

Bu cavabı "Tarixi Nadiri yarıya kimi oxuyanlar da” başa düşmür, o ki qaldı sadə insanlar anlaya…Faktiki ərazi hasarlanıb, zəbt olunub, yaşıllıqlar mühasirəyə alınıb, İH deyir ki, vətəndaşların mülkiyyətindədir./Reportyor.info
 
7News.Az
 

RƏYLƏR