Nizami Rayon İcra Hakimiyyətindən ABSURD TƏLƏB: Vətəndaş obyektin qapısını “icazə” ilə dəyişməlidir? – FOTOLAR

OXUNUB: 448 HADİSƏ
Nizami Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsi müdirinin vətəndaşdan rüşvət istədiyi iddia olunur.

Yenicag.az-a müraciət edən Bakı şəhər Nizami rayon Kamil Balakişiyev küçəsi 11 ünvanında yaşayan vətəndaş Rzayeva Svetlana Nikolayevna adi bir məsələyə görə problemlə üzləşdiyini deyib.

SvetlanaRzayevanın sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyəti ilə aralarındakı problem onun öz adına olan 28 kvadrat metrlik obyektin qapısını dəyişmək istəməsi ilə başlayıb. Belə ki, Rzayeva obyektin qapısını dəyişmək istəsə də, Nizami Rayon İcra Hakimiyyəti Təsərrüfatı şöbəsinin müdiri Tural Cavadov bu işə ciddi-cəhdlə əngəl törədir.

Şikayətçi bildirib ki, o, obyektin qapısını dəyişdikdən 15 gün sonra Tural Cavadov onların Bakı şəhərində olmamasından istifadə edərək obyektin qapısına əlavə dəmir qapı vuraraq kilidləyib.

Svetlana Nikolayevna iddia edir ki, Tural Cavadov "gəlib bizi görün”, deyə onlara ismarış da göndərib. Yəni Nizami Rayon İcra Hakimiyyəti Təsərrüfatı şöbəsinin müdiri Tural Cavadov adi bir iş üçün vətəndaşdan rüşvət tələb edib. Rzayeva isə bu tələblə razılaşmayaraq Tural Cavadovun bəhs olunan davranışı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.

Mövzunu diqqətdə saxlayacağıq.
 
 
 
 
 
 

RƏYLƏR