“Nokia” telefonlarının reytinqi açıqlandı

OXUNUB: 846 SOSİAL

Mütəxəssislər son illərin populyar "Nokia” telefonlarından ibarət retro reytinqini tərtib ediblər. 

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, müasir "Apple” cihazlarının və "Android” platformasında çalışan smartfonların güc gəlməsinə baxmayaraq, bir çoxları hələ də Finlandiya istehsalı olan ölməz telefonlarını saxlayıblar.  

Sözsüz, "Nokia”dan danışarkən, biz əfsanəvi "Nokia 3310” modelini də nəzərdə tuturuq. Bundan əvvəl, "Xpress Music” seriyasına aid cihazlar da mövcud olub. Bura isə xüsusilə stereo dinamikli "Nokia X2-00” telefonu da daxildir. 

Açılıb-bağlanan telefonlar arasında mütəxəssislər "Nokia 6131” telefonunu qeyd ediblər. Belə ki, bu telefonun açılıb-bağlanması üçün düyməsi və yaxşı ekranı vardı. Həmçinin qeyri-adi zahiri görünüşdə qəbiri xatırladan "Nokia X2-0” cihazlarını da yada salmamaq olmur.

İcmal.Az

RƏYLƏR