7NEWS.az xəbər verir ki, Norveç hökumətindən verilən yazılı açıqlamada, kiber hücumlara məruz qalan 12 nazirliyin görülən təhlükəsizlik tədbirləri səbəbindən elektron poçt və ya digər mobil xidmətlərə çıxışının olmadığı bildirilib. Yerli Hökumətlər və Regional İnkişaf Naziri Sigbjorn Gjelsvik mətbuata açıqlamasında "kiberhücumları ciddi qəbul etdiklərini" söyləyib. Gjelsvik bildirib ki, Norveç Hökumətinin Təhlükəsizlik və Xidmət Bölməsi (DSS) vəziyyəti diqqətlə izləyir və tədbirlər görür.
7NEWS.az