Norveç və Böyük Britaniya Ukraynaya mikro PUA bağışlayacaq

OXUNUB: 645 Özəl DÜNYA
Norveç İngiltərə ilə birlikdə Rusiyaya qarşı müharibədə Ukrayna ordusuna kömək etmək üçün Norveç istehsalı olan "Qara Hornet” mikro pilotsuz uçan aparatlarını (PUA) hədiyyə edəcəklərini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Norveç hökuməti bəyan edib ki, Ukrayna hökumətinin tələb etdiyi mikro PUA-lar ümumilikdə 90 milyon Norveç kronuna (təxminən 9,25 milyon dollar) başa gəlir və Böyük Britaniyanın rəhbərlik etdiyi fond tərəfindən maliyyələşdiriləcək. Norveç fonda 400 milyon kron (təxminən 42 milyon dollar) köçürüb.

7NEWS.az

RƏYLƏR