7NEWS.az xəbər verir ki, Norveçin baş naziri Jonas Gahr son günlər ölkədə görülən icazəsiz dron uçuşlarda xarici kəşfiyyat orqanlarını günahlandırıb. Qəhrə üstüörtülü şəkildə Rusiyaya işarə edərək, bunun "qəbuledilməz” olduğunu bəyan edib.
Qeyd edək ki, daha əvvəl Norveç polisi Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə tanınan şəxsin oğlunun Svalbard arxipelaqında icazəsiz pilotsuz uçan aparat idarə etdiyinə görə nəzarətə alındığını açıqlamışdı. Beləliklə, son günlər saxlanılan Rusiya vətəndaşlarının sayı 7-yə yüksəlib.
Həmçinin gün ərzində ölkənin ikinci böyük şəhəri olan Bergenin hava limanı pilotsuz uçan aparatın görünməsindən sonra bir müddət bağlanıb.
7NEWS.az