Nura Suri: “Həyat yoldaşlarım olub, adım “həci”lərlə hallanmayıb” - VİDEO

OXUNUB: 1601 ŞOU-BİZNES

Müğənni Nura Suri şəxsi həyatı ilə bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.

7News.Az xəbər verir ki, sənətçi "Xəzər” telekanalında yayımlanan "5/5” axşam şousunda qonaq olarkən keçmiş həyat yoldaşlarından söz açıb.

N.Suri barəsində xoşagəlməz dedi-qodu yayanları efir vasitəsilə ittiham edib:

"Haqqımda şayiələr gəzir. Danışanların ağzına şillə olsun deyə, karantin dövründə "Instagram” hesabımda uşaqlığımdan bəri çəkilən fotoları paylaşdım. Uşaqlarımın, keçmiş həyat yoldaşlarımın, nənəmin və babamın şəkillərini yayımlamışam.

Hamı bilir ki, üç dəfə ailə qurmuşam. Toy şəkillərimi sosial media səhifəmdə paylaşmışam. Boşanmış qadının yenidən ailə qurması ayıb deyil. Bunu əlinizdə "bayraq edib” saxlamayın. Niyə yenidən ailə qurmayım!? Həyat yoldaşlarım olub, adım "həci”lərlə hallanmayıb”.

Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.

 

RƏYLƏR