Nüsrətə “ABŞ Açıq Kuboku”un finalına çıxmaq qadağan edildi

OXUNUB: 265 Özəl DÜNYA
"Salt Bae" kimi tanınan Nusret Gökçenin Dünya Kuboku Finalında meydana çıxmasının əks-sədaları davam edir. 

7NEWS.az xəbər verir ki, Qətərdə milyon dollara yaxınlaşan reklam hadisəsinə imza atan və FİFA prezidenti ilə yaxın münasibətindən istifadə edərək sahəyə girdiyi, hətta rüşvət verdiyi iddia edilən Nüsrətin "ABŞ Açıq Kuboku"ndan uzaqlaşdırılıb. . 

"ABŞ Açıq Kuboku” öz Tvitter hesabında Nusretlə bağlı açıqlama verərək, "Salt Bae bu münasibətlə 2023 Açıq Kubok finalından kənarlaşdırılıb” dedi. 

"ABŞ Açıq Kuboku" ölkənin ən qədim futbol turniri olmaqla yanaşı, ABŞ-da bir oyunluq eləmə sistemli futbol təşkilatı kimi fərqlənir. 

7NEWS.az

RƏYLƏR