Növbəti əməliyyat Astarada ola bilər... - İDDİA

OXUNUB: 782 SOSİAL
"Bu gün Astaranın icra başçısı Qəzənfər Ağayev barəsində ayrı-ayrı dövlət orqanlarına ən çox şikayət edilən RİH rəhbərlərindən biri, bəlkə də birincisidir. Və bu fakt nəzərdən yayınmamalıdır". Regionxeberleri.com bildirir ki, bu sözləri dia.az-a məlumatlı mənbə açıqlamasında bildirib.

Qaynaq iddia edir ki, son günlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar səngimiş kimi görünə də, bu aldadıcı mənzərədir və proses davam edir.

Mənbənin dia.az-a söylədikləri: "Əməliyyatlar davam edəcək. Ola bilsin ki, ən yaxın hədəflərdən biri Qəzənfər Ağayev olsun. Artıq onu üst düəzydə himayə edən qüvvələr də kifayət qədər zəif düşürülüb".

Xatırladaq ki, son olaraq DTX-nin xüsusi əməliyyatları Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində keçirilmişdi. Mənbə dia.az-a açıqlamasında vurğulayır ki, yenə də icra başçıları ilə bağlı sərt cəza tədbirləri gözlənilir ki, onların sırasında da Astara RİH başçısı Qəzənfər Ağayevin adı ilk sırada gəlir.

Xatırladaq ki, Qəənfər Ağayev yerli KİV-də də müxtəlif ittihamların hədəfi olub.

RƏYLƏR