ABŞ-ın Nyu York ştatının Bronks bölgəsində supermarketdə baş verən yanğın nəticəsində azı 7 nəfər xəsarət alıb.
7NEWS.az xəbər verir ki, Nyu York Polis Departamentinin komissarı Laura Kavanagh bildirib ki, yanğına elektrik velosipedinin akkumulyatorunun partlaması səbəb olub. Kavanagh qeyd edib ki, elektrik velosiped akkumulyatorları partlayıb, böyük yanğınlara səbəb olub və bu yanğınları söndürmək çox çətin olub.
7NEWS.az