Nyu Yorkda ölkənin ən tanınmış binalarından sayılan "Trump Tower” qülləsində yanğın baş verib.
İcmal.Az xəbər verir ki, bu barədə "CBS News” məlumat yayıb. Hadisənin şahidləri yanğının görüntüsünü sosial şəbəkələrə yerləşdirir.
"CBS News”un məlumatına görə, yanğın yerli vaxtla səhər 07:00 radələrində meydana gəlib. Yanğın barədə xəbəri Nyu-York şəhərinin yanğınsöndürmə departamenti də təsdiqləyib. Yanğınsöndürənlər və xilasedicilər alovu söndürməyə çalışır.
Zərərçəkənlər və yanğının səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
Hal-hazırda agentliyin saytına yerləşdirilən hadisənin canlı yayım görüntüsündə göydələndə açıq alov müşahidə olunmasa da, qatı tüstünün səmaya qalxdığını görmək olur. Göydələnin damında yanğınsöndürmə briqadası əməliyyatı davam etdirir.

























