"Veysəloğlu” MMC-yə məxsus olan "Oba” marketin karantin rejimini pozması müəyyən olunub.
Məlumata görə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən MMC-yə məxsus "Oba” marektdə epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozulub.
Bununla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilib.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə MMC 400 manat cərimə olunub.
Bu qərardan MMC apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb./demokrat