Ofisdə iş yoldaşlarına qarşı tərbiyəsizlik edən aparıcının adı açıqlandı - FOTO

OXUNUB: 671 DÜNYA

BBC-nin kişi radio aparıcısı iş yoldaşlarına qarşı əxlaqsızlıq etməkdə günahlandırılır.

İcmal.Az Metro-ya istinadla bildirir ki, 7 qadın kolleqasını iş vaxtı narahat etdiyinə görə haqqında araşdırma aparılan şəxsin adı açıqlanıb. Onun adı George Rileydir. 39 yaşlı George Radio 5-in aparıcısıdır.

Qadınların iddiasına görə o, iş vaxtı onların ətəyini qaldırıb, onların intim yerlərinə toxunub.

İddia ilə çıxış edənlərdən biri Rajini Vaidyanathandır.

 

Məsələ ilə bağlı BBC-nin sözcüsü açıqlama verib. O bildirib ki, şikayətlərə ciddi yanaşılacaq və həmin şəxslə bağlı iddialar dəqiqləşəndən sonra işdən uzaqlaşdırılacaq.

İcmal.Az

RƏYLƏR