İtini çox sevən qadın onun ayaqlarını sinəsinə döymə etdirib.
İcmal.Az The Sun-a istinadla bildirir ki, Lesterdən olan 28 yaşlı Adel Smit Maks adlı itini çox istədiyindən onun ayaqlarını sinəsinə döymə etdirib.
O, tatuaj üçün 100 fund-sterlinq ödəyib.
Xeyriyyə işləri ilə məşğul olan Adel döyməni 10 il bundan əvvəl edib. O bildirib ki, bu döymədən sonra sevgi həyatı məhv olub.
Adel bildirib ki, oğlanlar onu bəyənmir, görəndə söz atıb, uzaqlaşırlar.
İcmal.Az

























