Oğlanlar qızların soyunub-geyinmə otağına girdi - OĞURLUQ + AUDİOYAZI

OXUNUB: 763 SOSİAL

Bakıda gənc oğlanlar məktəbdə qızların geyim otaqlarına daxil olub, oğurluq ediblər.

İcmal.Az Metbuat.az-a istinadən bildirir ki, hadisə Xətai rayonu 261 saylı orta məktəbdə qeydə alınıb. Məktəbə daxil olan iki gənc oğlan otaqları gəzərək, oğurluq etmək istəyib. Qız uşaqlarının geyim otağını boş görən oğrular şagirdlərdən birinin mobil telefonunu oğurlayıblar.

Polisin araşdırması zamanı məlum olub ki, həmin gənclər bundan əvvəl başqa məktəblərə də daxil olaraq, bu şəkildə oğurluq ediblər.

Məktəbin direktor köməkçisinin hadisə ilə bağlı valideynlərə göndərdiyi səs yazısını təqdim edirik:

Qeyd edək ki, hadisə ilə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxladıq. Məktəbin direktoru bildirdi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

İcmal.Az

RƏYLƏR