Olimpiada üçün Kim Çen In təhlükəsi: ABŞ əsgərlərinə xüsusi tapşırıq – VİDEO + FOTO

OXUNUB: 645 DÜNYA

ABŞ əsgərləri Cənubi Koreyada Qış Olimpiya oyunlarını Kim Çen Indan müdafiə edəcəklər.

220 Cənubi Koreya və 220 ABŞ əsgəri 2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında təhlükəsizliyi qoruyacaq.

Bununla bağlı ABŞ və Cənubi Koreya əsgərləri dekabrın 4-dən təlimlərə başlayıblar. Hərbi təlimlər iki ay davam edəcək. Köynəksiz əsgərlər -25 dərəcədə məşq ediblər, onlar şaxtalı havada güləşib, müxtəlif idman hərəkətləri və silahlardan atışlar icra ediblər. 

Təlimlər gərgin vəziyyətdə keçirilir, belə ki, Şimali Koreya lideri Kim Çen Inın açıqlamaları dünya, eləcə də, ABŞ - Cənubi Koreya birliyini narahat edir./oxu

 

İcmal.Az

RƏYLƏR