"Söyüş müxalifəti” ifadəsinin anlamı, açması çox ağırdır. Lakin bunu qəbul, həzm etməyin, üstəlik məlum durumla fəxr etməyin özü artıq ondan xəbər verir ki, xaricdə yaşayıb dövlətimizə nifrin püskürənlərin mahiyyəti nədir. Bəli, fəxr edirlər. Fəxr edirlər ki, söyüş söyürlər, təhqir edirlər, ağızlarından, dillərindən zibil tökülür, vicdansızlıq süzülür.”– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Onlar əqidələrini, şəxsiyyətlərini çoxdan satıblar, itirəcəkləri bir şey qalmayıb və ona görə də Azərbaycanın uğurlarını həzm edə bilməyən məkrli qüvvələrin bütün təkliflərinə müsbət cavab verirlər.”- deyə Partiya sədri fikirlərinə davam edib.